Banner

Regionlarda taksilərin qiymətində hər hansı artım gözlənilmir - DANX

Gündəm 2 Sentyabr 2020 21:40 Oxunub 4996
Regionlarda taksilərin qiymətində hər hansı artım gözlənilmir - DANX
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə bağlı yeni təkliflər irəli sürüb. Burada həm dispetçer xidməti, həm vahid qiymət, həm kvota kiki məsələlər yer alır. Bəs görəsən bu fəaliyyət təkcə paytaxt ərazisində olacaq, yoxsa bütün ölkəni əhatə edəcək. Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Nuridə Allahyarova bildirib ki, məlum  konsepsiya ilə bağlı xüsusi bir məsələ yoxdur. "Çünki konsepsiya başqa qurumun - BNA-nın Bakı Şəhər İnzibati ərazidə taksilərlə  bağlı hazırladığı konsepsiyadır və orada taariflərin artımı, azalması və ümumiyyətlə taariflərlə bağlı hər hansı standartların müəyyən olunması, limitlərin müəyyən olunması məsələsi BNA-nın konsepsiyasında Bakı şəhəri inzaibati ərazi daxili üçündür. Amma Dövlət Avtomobil Nəqliyyatı Xidməti paytaxt  istisna olmaqla, respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərinişin daşımada taksi xidmətinə də nəzarət edir, tənzimləyir. Ümumi sistemi  nəzarətdə saxlayan qurum olaraq bunu  deyə bilərəm ki, bizim ümumi nəqliyyat konsepsiyamız var və bu nəqliyyat konsepsiyanın daxilində taksilərlə bağlı, onların taarifləri ilə bağlı hər hansı bir məsələ yoxdur. Ümumiyyətlə biz daha çox nəqliyyat sahəsində ümumi qanunvericilikdəki müəyyən boşluqların yerinin doldurulması  üçün qanunvericiliyə dəyişikliklər və əlavələrin olunması üçün təkliflərlə çıxış etmişik. Bu da xüsusiilə nəqliyyat sektorunda, ictimai və ümumi nəqliyyatda bütün yol iştirakçılarını qane edə biləcək və bütün yol iştirakçıları üçün xidmətin səviyyəsini yüksəldəcək. Həm sürücü, həm sərnişin, həm də daşıyıcı üçün xidmətin səviyyəsini yüksəldəcək təkliflərdir.  Digər tərəfdən  orda təbii ki, taksi xidmətinin zamanla yaxşılaşdırılmasına baxılacaq.  Amma hələlik regionlarda  taksilərlə bağlı, onların tarifinin hər hansı bir standartlara uyğunlaşdırılması ilə bağlı məsələ  gündəmdə deyil. Taksi xidmətinin də yaxşılaşdırılması  məsələsi  bizim də konsepsiyamızda öz əksini tapır. Lakin burada  taarif məsələsi gündəm deyil.  O ki, qaldı münasibətimə xüsusi  bir münasibət bildirə bilmərəm.

Hər hansı bir qurumun öz səlahiyyətləri çərçivəsində hər hansı tənzimlədiyi sahə ilə bağlı təkliflər vermək hüququ var. Təkliflərin realizə olunması zamanı vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınır.

Digər bir məsələ bununla bağlı mövqeyimiz soruşulur. Düşünürəm ki, hər hansı bir konsepsiya varsa, o konsepsiyanın əsaslandırılması da var. Əsaslandırılmasını da konsepsiyanın hazırlayanlar söyləcəklər.

Üstəlik tariflər özəl sektora müdaxilə deyil. Bu sektor tam özəl sayıla bilməz. Nəticədə vətəndaş daşınır. Üstəlik taksidə vahid tarif mexanizmi heç də standrat sabit qiymət demək deyil-kilometraja uyğun minimum-maksimum hədlərin müəyyən edilməsidir. Siz deyirsiniz ki, çox ucuz qiymətə sərnişin daşıyan taksidən razısınız. Həmin o lap ucuz dediyiniz taksi fəaliyyəti göstərmək üçün istismar olunan avtomobil, daşınan sərnişin həyatı üçün təhlükədir. Heç bir kriteriyalara cavab vermir, il məsələsi və s. Tamam siz haqlı olaraq deyə bilərsiniz ki, avtobuslarla məsələni yekunlaşdırın, onları yeniləyin taksiyə hələ var. Zatən taksi məsələsi mərhələli icra proqramına daxildir və icrasına hələ var. Ancaq insanlar-həm sürücülər, həm sərnişinlər bilməlidir ki, avtonəqliyyat vasitəsi şəxsi istismar üçün deyilsə, sahibkarlıq predmeti yaradırsa bu zaman o da bir növ ictimai nəqliyyatdır və ictimaiyyətin də normal daşınması şərtdir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh