"Relax"da karantin müddəti başa çatmış həmvətənlərimizin daha bir qrupu evə buraxıldı - FOTO - VİDEO

"Aprelin 8-də "Relax" istirahət mərkəzində karantin rejimini başa vuran 76 nəfər evə buraxılıb".
Avtosfer.az xəbər verir ki,bu fikirləri Modern.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.
Baş həkimin sözlərinə görə, evə buraxılanlar arasında tanınmış azərbaycanlılar da var:
"Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalova, Polşada Qarabağ məktəbinin direktoru Rəsul Məmmədov, voleybol yığmasınin üzvü Marqarita Əzizova evə buraxılıblar. Hətta bu gün bizimlə əlaqə saxlayıblar. Hər bir şeydən məmnun qaldıqlarını bildiriblər".
Mübariz Ağayev eyni zamanda rayonda heç kəsdə koronavirus aşkarlanmadığını da deyib.
Baş həkim təmizlikçilər tərəfindən otaqların birneçəsində məktubların aşkarlandığını da qeyd edib:
"Məktubu yazanlar arasında Azərbaycan millisinin voleybolçusu Marqarita Əzimova da var. Bundan əlavə bir neçə nəfər qaldıqları yerdən, onlara göstərilən diqqətdən, otaqların təmizliyindən, aşpazların dadlı yeməklər hazırlamasından razı qaldıqlarını bildiriblər. Təbii ki, vətəndaşlarımızdan belə xoş sözlər eşitmək bizim üçün də qürurvericidir".

Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












