Report Media Məktəbini bitirən məzunlara sertifikatlar təqdim edilib

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Media Məktəbinin növbəti qrupunun təlim proqramı yekunlaşıb.
Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev proqramın iştirakçıları ilə görüşdə bildirib ki, Media Məktəbinin əvvəlki buraxılışının məzunları hazırda ölkənin ən ciddi media qurumlarında çalışırlar: “Bir neçə gənc jurnalist artıq agentlikdə özünü təsdiqləyə bilib, əsas heyətdə yer qazanıb. Bilik və bacarığı qaydasında olan hər bir jurnalistə “Report”da təcrübə toplamaq, daha sonra işləmək imkanı yaradırıq”.
Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu COVID-19 virusunun tədris prosesinə xeyli çətinlik törətdiyini qeyd edib: “Koronavirus və ölkədə tətbiq edilən karantin səbəbindən bir sıra görüş və tədbirləri ixtisar etməli olmuşuq. Sosial izolyasiya tədbirlərindən əvvəl filologiya üzrə fəlsəfə doktoru, media eksperti Almaz Mahmudla görüş keçirə bildik. Media Məktəbin tələbələri 2 dəfə AzTV-də yayımlanan “Əsas məsələ” verilişinin qonağı da olublar. “Report”çular maraqlı monitorinq və videosorğulara qatılıb, karantin dövründə onlayn dərslər, vebinarlar təşkil edilib”.
Foto sosial izolyasiya tədbirlərindən öncə çəkilib
Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.
Qeyd edək ki, Avtosfer.az-ın əməkdaşı Musa Qocazadə də təltif olunanlar sırasındadır. Avtosfer.az kollektivi adından onu təbrik edirik.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












