Rəşad Nəbiyev: "Yol qəzasında ölənlərin sayı dünyadakı orta göstəricidən çoxdur"

Azərbaycanda ötən il yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinin açılış mərasimində bildirib.
"Hər il dünyada 1 milyondan çox insan yol hərəkəti zamanı həyatını itirir. Bu hər 30 saniyədə bir insan ölümü - bir neçə ailənin faciəsi deməkdir. Məsələnin iqtisadi aspektlərinə baxanda isə görürük ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində hər il dünyada infrastruktura dəyən ziyanın məbləği təxminən 500 milyard ABŞ dolları civarındadır. Odur ki, "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi ölkə və insanların həyatı üçün çox vacibdir. Polşa və Litva layihədə Azərbaycanın tərəfdaşı kimi çıxış edəcək, bu ölkələrin mütəxəssisləri bilik və bacarıqlarını bizimlə bölüşəcəklər. Layihəni Daxili İşlər və Səhiyyə Nazirlikləri ilə birgə icra edəcəyik, ölkəmizdə yol hərəkətinə töhfə verilməsi istiqamətində təkliflərimizi birgə irəli sürəcəyik", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, Bakı şəhərində və ölkədə mobillik proqramı üzərində "Boston Consulting Group" şirkəti ilə birgə iş gedir: "Əminəm ki, bu proqram və açılışını etdiyimiz tvinninq layihəsi qarşıya qoyduğumuz məqsədlərə qısa müddətdə çatmağımıza imkan verəcək".
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












