Respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib

Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin altı ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, 2020-ci ilin birinci yarısında respublika ərazisində 8274 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2019-cu ilin birinci yarısı ilə müqayisədə 1133 hadisə və ya 16 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər həlak olub, 107 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 13 nəfər xilas edilib, 299 nəfər təxliyə olunub.
Bu ilin birinci yarısında respublika ərazisində 98 təbii mənşəli hadisə qeydə alınıb. Hesabat dövründə respublika ərazisində 8176 texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2019-cu ilin birinci yarısı ilə müqayisədə 1126 hadisə və ya 16 faiz çoxdur.
Texnogen mənşəli hadisələr nəticəsində 27 nəfər həlak olub, 107 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həlak olanlar üzrə 20 nəfər (43 faiz), xəsarət alanlar üzrə isə 71 nəfər (40 faiz) azdır.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











