Banner

Röya Fransada “kəmər taxmayacam” deyə bilərmi? - Sərt qaydalar, ağır cəzalar

Gündəm 22 Avqust 2023 13:00 Oxunub 3732
Röya Fransada “kəmər taxmayacam” deyə bilərmi? - Sərt qaydalar, ağır cəzalar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə Fransa polisi sürət həddini ciddi şəkildə aşan sürücünü saxlayıb. 

Avtosfer.az-ın xəbərinə görə, 110 km/saatlıq yolda 220 km/saat sürətlə gedən avtomobil cərimə meydançasına aparılıb. “Mclaren 570s” markalı avtomobilin sürücüsünün məşhur idmançı olduğu deyilsə də, adı açıqlanmır. Jurnalistlərin məlumatına görə, ona polis  yerindəcə 1500 avro cərimə yazıb. Bundan əlavə, 2 il həbsin yerinə də yəqin məhkəmə minimum 3750 avro yazacaq və öz hesabına yol hərəkətinə adaptasiya kursuna göndərəcək. Bu da təxminən 2000 avro. Məhkəmənin əlavə cəzalar təyin etməsi də mütləqdir. Nəzərə alaq ki, sözügedən maşının qiyməti təxminən 1 milyon dollardır.
 
İndi qayıdaq özümüzə. Bizdə məşhur şəxslərin çoxu, xüsusilə də şou-biznes nümayəndələri avtomobilə pərəstişlə seçilir. Şou-biznes nümayəndələrinin bir qismi xüsusi kasta təşkil edir və düşünürlər ki, maşınla hər şey edə bilərlər. Məsələn, Röya efirdə demişdi ki, “Kəmər yox... İstəyirlər məni bu saat aparıb qoysunlar “ştrafnoya”, kəmər taxa bilmirəm. Ürəyim sıxılır. Heç vaxt da bağlamayacam”. 

Pərvin Abıyeva isə bir qədər daha çərçivəli danışıb: “Çox sürətli maşın idarə etməyi sevmirəm, hansısa rayona gedəndə sürətlə sürürəm. Cərimələrimin hamısını ödəyirəm. Yaxınlaşırlar, deyirlər, kəməri taxmamısız, söyləyirəm ki, yazın. Mən rüşvət verməmişəm, tələb olunmayıb. Bundan da yana deyiləm, bir cəzam varsa, cəriməm yazılır, ödəyirəm".

Bəs bu sözləri hansısa qərbli pop ulduz və ya məşhur aktrisa ARD (Almaniya), TV 5 (Fransa), CNN və ya BBC-nin efirində səsləndirə bilərmi? Kimsə deyə bilər ki, bəli, onlarda da bizdəki kimi senzurasız yayımdır və mümkündür. Amma yox.

Əvvəla, sözügedən televiziyalar şou-biznes xəbərlərinə çox da yer ayırmır. Verilişlərdə də bizdən fərqli olaraq hansısa müğənninin avtomobili reklam olunmur. Məsələn, ABŞ televiziyalarının birində kimsə Röyanın dediyinə oxşar bəyanat səsləndirsə onu şübhəsiz ki cərimə edər və yol hərəkətinə psixoloji uyğunluq kursuna göndərərlər. Yaxud, Vəfa Şərifova və Nəfəsin “Arkadaş” klipindəki qayda pozuntularına görə, sanballı cərimə tətbiq edilərdi. Eynən də Şəbnəm Tovuzlunun “Bitanem” klipinə görə. 

Ceki Can və digər tanınmış aaktyorlar film şəkilişi zamanı polisin onlara mane olduğundan şikayətləniblər. Səbəb bir qədər qəribədir: polis təhlükəli tryuklara, riskli çəkilişlərə icazə vermir. 
 
Müstəqillik dövründə avtomobilin iştirakı ilə (bizim klipləri avtomobil, mobil telefon və ofis triosuz təsəvvür etmək mümkün deyil) çəkilmiş demək olar bütün kliplərdə qayda pozuntuları aşkar etmək mümkündür. Bu da insanlara pis örnək olur. Lakin hansısa müğənni və ya məşhur şəxs intizamlı sürüş nümayiş etdrisə, bu, polisin təbliğatından daha səmərəli olar. 

Fərz edək ki, Röya Fransa və ya Belçika vətəndaşıdır və kəmər taxmamaqda israrlıdır. O zaman polis necə davranardı? Bu 2 ölkənin heç birində kəmərə görə sürücülük vəsiqəsindən bal çıxılmır. Lakin təkrar xətaya görə cərimə artır. İlk dəfə kəmər taxmamağa görə cəza 70 avro olduğu halda, onuncu dəfə artıq 1500 avro ödəmək lazım gəlir. Bu da təsirsiz olsa, psixoloji uyğunluq kursu kara gəlir. O ki qaldı kəmər taxmayacağını efirdə bəyan etməyə, Avropada polis kimisə sosial şəbəkədə və ya efirdə qanunazidd çağırışa görə cəzalandıra bilər. 

Bir sözlə, Qərb ölkələrində hansısa idmançı, rəqqasə və ya müğənni yol hərəkətində imtiyazlı təbəqə hesab edilmir.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh