Ruhani 25 milyon iranlının koronavirusa yoluxduğunu açıqlayıb

“Ehtimal olunur ki, 35 milyon iranlı koronavirusa yoluxma riski ilə üzləşsin”. Bunu İran Prezidenti Həsən Ruhani bu gün koronavirusla mübarizə üzrə milli qərargahın iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Səhiyyə Nazirliyinin yeni hesablamalarına görə indiyədək 25 milyon İran vətəndaşı koronavirusa yoluxub və daha 35 milyon iranlının virusa yoluxma riski var.
İran Prezidentinin sözlərinə görə, koronavirusa yoluxan hər 1 000 nəfərdən 500-də xəstəliyin əlamətləri müşahidə olunmur: “Hazırda bu virusla mübarizənin ən sadə, təsiredici və xərcsiz yolu tibbi maskadan istifadə etmək, sosial məsafəni qorumaq və toplaşmalardan çəkinməkdir”.
H. Ruhani qeyd edib ki, hazırda İran koronavirusla mübarizəyə qarşı 5 dərman vasitəsi istehsal edib və daha bir dərman yaxın həftələr ərzində bazara buraxılacaq, eyni zamanda, peyvəndlə də bağlı işlər görülür. “Virusa yoluxanlar bunu gizlətməsinlər və tibb müəssisələrinə müraciət etsinlər. Virusla mübarizədə milli dözümlülüyü artırmalıyıq. Virusun kökünü kəsmək üçün əl-ələ verib mübarizə aparmaqdan başqa çarəmiz yoxdur”, - deyə İran Prezidenti vurğulayıb.
Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə indiyə kimi COVID-19-a yoluxanların ümumi sayının 269 440 nəfər olduğunu açıqlayıb. İranda koronavirusdan ölənlərin sayı 13 791 nəfərdir. (APA)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











