Rus tankları Kiyevə çatsa, dünya müharibəsi başlayacaq - Müdafiə naziri

“Rus tankları Kiyevə çatsa, Üçüncü Dünya müharibəsi başlayacaq”.
Bunu İtaliyanın müdafiə naziri Gido Krosetto fransalı həmkarı ilə görüşdə bildirib.
“Rusiya tankları Kiyevə və Avropa sərhədlərinə çatarsa, Üçüncü Dünya müharibəsi başlaya bilər. Onların gəlməsinə imkan verməmək onu dayandırmağın yeganə yoludur”, - Krosetto bildirib.
O vurğulayıb ki, İtaliya və Fransanın təhlükəsizliyi “şərq cəbhəsi və Ukraynada baş verənlərdən” başlayır. Hər iki nazir Rusiyanın Ukraynaya təcavüzünün İkinci Dünya müharibəsindən sonra Avropada sülh və sabitliyə ən böyük təhlükə olması ilə bağlı razılığa gəliblər.
“Bu, ərazi sərhədlərinin bütövlüyü və toxunulmazlığı prinsiplərinin, beynəlxalq hüququn və BMT-nin Nizamnaməsinin açıq şəkildə pozulmasıdır”, - italiyalı nazir bildirib. (publika.az)
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!











