Rusiya Azərbaycan və İranla "Şimal-Cənub" dəhlizi üzrə əməkdaşlığı gücləndirməyə dəvət edir

Əldə edilmiş razılaşmaların inkişafı, "darboğaz"ların aradan qaldırılması və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin sürətlə reallaşdırılması üçün Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda əməkdaşlıq gücləndirilməlidir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə Birinci Departamentinin direktor müavini Viktoriya Malkova Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, nəqliyyat-logistika əməkdaşlığı strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında inkişaf edən Rusiya-Azərbaycan münasibətlərində xüsusi yer tutur.
"Biz bütün növ əlaqələrin inkişafına, avtomobil yolları şəbəkələrinin birləşdirilməsinə, sərhəddəki keçid məntəqələrinin modernləşdirilməsinə yönəlmiş bir çox birgə layihələr həyata keçiririk. Həmçinin yeni təşəbbüslər, o cümlədən dəniz daşımaları sahəsində layihələr (Xəzər dənizində kruiz marşrutunun açılması) meydana çıxır", - diplomat qeyd edib.
V. Malkova vurğulayıb ki, hazırda "Şimal-Cənub" dəhlizinin inkişafı üçün Azərbaycanın tranzit və coğrafi potensialının üzə çıxarılması diqqət mərkəzindədir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












