Rusiya Ermənistana nota verdi

Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan həmin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Səfirə İrəvanın qeyri-dost hərəkətləri ilə əlaqədar nota təqdim edilib.
Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alıb.
***
Bundan başqa, etiraz notasında Ermənistanın Milli Məclisinin sədri A.R.Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya ünvanladığı təhqiramiz bəyanatlarının (“hansısa katibə” ifadəsi – red) qəbuledilməzliyi qeyd olunub.
Eyni zamanda, sentyabrın 7-də Ermənistanda bloger M.Badalyanın və “Sputnik Ermənistan” radiosunun köşə yazarı A.Gevorkyanın saxlanması ilə bağlı narahatlıqlar ayrıca qaldırılıb.
Etiraz notasında habelə ABŞ hərbçilərinin iştirakı ilə Ermənistanda hərbi təlimlərin keçirilməsi də yer alıb.
Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.
Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir. (qafqazinfo)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?










