Rusiya koronavirus xəstələrinin müalicəsinə 565 mln. dollar xərcləyib

Rusiyada koronavirus infeksiyası olan xəstələrin müalicəsi üçün İcbari Tibbi Sığorta Fondundan təxminən 40 mlrd. rubl (565 mln. ABŞ dolları) ayrılıb.
Bunu Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova koronavirusun yayılmasına qarşı mübarizə üzrə Koordinasiya Şurasının iclasında deyib.
"İcbari Tibbi Sığorta Fondunun məlumatına görə, bu ilin mart ayından may ayınadək yeni növ koronavirus infeksiyasının müalicəsi üçün dövlət zəmanət proqramından 22,3 mlrd. rubl (315 mln. dollar) ayrılıb. İlkin qiymətləndirməyə görə, iyun ayında bütün müddət ərzində bu məqsədlər üçün ayrılan ümumi vəsait təxminən 40 mlrd. rubl təşkil edəcək", - deyə T. Qolikova bildirib.
Baş nazirin müavini onu da qeyd edib ki, Rusiya pandemiyanı az itkilərlə geridə qoya bilib. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












