Rusiya ordusu Ukraynanın bu şəhərdindən çıxdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.
Bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.
“22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, - Baş Qərargah vurğulayıb.
Bildirilib ki, şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən “böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.
Xatırladaq ki, ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv edilib. (report)
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












