Rusiya Qarabağda “Donbas ssenarisi” hazırlayır? - siyasi şərhçidən AÇIQLAMA

Rusiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında “rus icması”nın yaradılması prosesinə başlayıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasının keçmiş məzunu Aleksandır Bordovun Qarabağdakı rus icmasına rəhbər seçilməsi xəbəri yayılıb.
Dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başalanıb. Bunu separatçı rejim yox, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya silahlı qüvvələri təşkil edir. Qarabağda yaşayan rusların sayı çox deyil, onlar ermənilərlə qarışıq ailələrdə yaşayırlar. Belədirsə Qarabağda təşkilatlanmış rus icmasına nə ehtiyac var?
Görünür, bu həm Moskvaya, həm də erməni separatçılarına lazımdır. Bu “Donbas ssenarisinə” bənzəyir. Rusiya əvvəlcə Donbasda separatçılığı dəstəklədi, bundan sonra orada yaşayanlara Rusiya pasportları payladı. Hazırda Rusiya Ukraynanı hədələyir ki, Donbasa hücum olarsa, Rusiya bu bölgədəki vətəndaşlarını qorumaq üçün Ukraynaya müdaxilə edəcək. Abxaziya və Cənubi Osetiya da eyni yolla Gürcüstandan qopardılmışdı.
Moskvanın Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaması təhlükəsi var. Belə olarsa Rusiya Qarabağda Rusiya vətəndaşı olan erməni separatçılarını qorumaq bəhanəsiylə Azərbaycanın Xankəndi və ətrafını nəzarətə götürməsinə mane olacaq. Moskvaya Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylaması həm də ona görə lazımdır ki, 2020-ci ildə bölgədə yerləşdirdiyi hərbçilərinin varlığını daimi edə bilsin. Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski rusiyalı hərbçilərin Qarabağa daxil olduğu gün Rusiyanın televiziya kanalında bunu demişdi: “Biz Qarabağda əbədi qalacağıq, oradan çıxmayacağıq”. Məlumdur ki, Kreml bir sıra ideyalarını Jirinovski vasitəsilə səsləndirir. Azərbaycanın icazəsi olmadan rusiyalı hərbçilərin Xocalıda provaslav kilsəsi açması, rus sərkərdəsi Aleksandr Nevski başda olmaqla rus yazıçılarının abidələrini qoyması bu siyasətin tərkib hissəsidir.
Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etmələrini istəyiriksə, Moskvanın erməni separatçılarıyla birgə həyata keçirdikləri planları pozmağa çalışmalıyıq. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı bir sıra iddiasını rədd etdi. Ancaq müxtəlif istiqamətlərə təhlükələr ard-arda gəlir. Erməni lobbisi və ona dəstək verən siyasi mərkəzlər Azərbaycana qarşı məkrli planlarından əl çəkən deyillər. Qarşımızda həll ediləsi xeyli məsələ var. Eyforiyaya varmağa vaxt yoxdur.
© Elxan Şahinoğlu (siyasi şərhçi)
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










