Rusiya sülhməramlıları ermənilərin növbəti yalanını İFŞA ETDİ - VİDEO

Rusiya sülhməramlı kontingenti Qarabağda yaşayan azyaşlı ermənilərin Ermənistandan Xankəndiyə aparılmasının görüntülərini yayıb.
Avtosfer.az APA-ya istinadən bildirir ki, Rusiya sülhməramlı kontingentinin məlumatına görə, bir aydan çox Ermənistanda qalan 21 azyaşlı və onları müşayiət edən 6 nəfər yanvarın 17-də Xankəndiyə qaytarılıb.
Rusiya sülhməramlılarının yaydığı görüntülərdən də aydın olur ki, uşaqları daşıyan avtomobillər heç bir maneə olmadan Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən keçir. Ermənilərin iddia etdiyi kimi, onlara qarşı hər hansı "cinayət əməli" törədilmir, yaxud hansısa uşaq "huşunu itirmir".
Qeyd edək ki, Ermənistan tərəfi müxtəlif səviyyələrdə ağlasığmaz yalan və böhtanlar uyduraraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirir. Rusiya sülhməramlı kontingentinin yaydığı məlumat və video isə heç bir fakta söykənməyən bu ittihamları açıq şəkildə ifşa edir.
Xatırladaq ki, aksiya başlamazdan əvvəl uşaq "Eurovision"u ilə əlaqədar bir qrup azyaşlı Xankəndidən Ermənistanda gedib, orada qalmışdı. Onlar yanvarın 17-də Rusiya sülhməramlılarının avtomobilləri ilə Ermənistandan Xankəndiyə qaytarılıb. Avtomobillərin Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən maneəsiz keçidinə şərait yaradılıb. Bu, bir daha sübut edir ki, yolun bağlı olması, blokada barədə erməni tərəfinin iddiaları əsassızdır. Humanitar yüklərin və mülki şəxslərin Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən keçidi üçün heç bir maneə yoxdur.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












