Rusiyada miqrantların qaldığı 2 mərtəbəli ev yandı: 6 nəfər yanaraq öldü - FOTO

Rusiyanın Moskva ətrafı rayonlarının birində iki mərtəbəli şəxsi evdə baş verən yanğın nəticəsində 6 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident mayın 5-də gecə saatlarında Ramenski rayonunun Durnixa qəsəbəsində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, yanğın 100 kvadrat metr sahəni əhatə edib. Yanğınsöndürənlər əraziyə gəlib çatana kimi ev tamamilə yanıb. Artıq yanğın söndürülüb, qonşu evlər yanğından mühafizə olunub.
Bildirilir ki, meyitlər dağıntıların yığılması zamanı aşkarlanıb. Onlardan 3-ü kişi, 3-ü isə qadındır.
İlkin ehtimallara görə, yanğın elektrik naqillərindən yaranan qısaqapanmadan baş verib.
Həmçinin qeyd edilir ki, yanan evdə qonşu dövlətlərdən olan 26 xarici vətəndaş da yaşayırmış.
Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











