Rusiyada yaşayan azərbaycanlılar orduya qatılmaq üçün səfirliyə müraciət ediblər

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın Ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.
Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş Komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. ("Report")
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












