Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı açıqlanıb.
Avtosfer.az-ın məlumatına görə, hesabatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı faktlarla öz təsdiqini tapıb.
Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.
Belə ki, Rusiya bu günədək təyyarənin Rusiya hava məkanından olduğu zaman “Ковер” əməliyyatlarının tətbiq edildiyini bildirirdi.
Lakin məlum olub ki, kənar müdaxilə nəticəsində 05:13:32-də (vaxt fərqi nəzərə alınmaqla UTC vaxtı ilə verilir) hava gəmisinin əsas idarəetmə sistemləri itirilib. Qara qutunun deşifrə olunması nəticəsində isə bəlli olub ki, bundan 8 dəqiqə sonra əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verib.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












