Rusiyaya qarşı sanskiyalar yumşaldıla bilər – Politoloq PUTİNİN GİZLİ SİYASƏTİNİ AÇIQLADI

ABŞ-nin 47-ci dəfə prezidenti seçilən iş adamı Donald Trampla bağlı son günlər dünya mediaasında xeyli iddia irəli sürülüb. Bu iddialar arasında Rusiya Prezidenti Vladimr Putinlə əməkdaşlıq, HƏMAS-la gizli münasibətlər, Əfqanıstan İslam Respublikası ilə əlaqələr və s. kimi məsələlər var. Tramp bütün qeyd edilən iddiaların əsassız olduğunu açıqlasa da, hələ də Putinlə bağlı mövzu sual altında qalır.
Belə ki, ötən həftə Tramp jurnalistlərin Putini dictator adlandırmağın mümkünlüyü barədə sualına ABŞ prezidenti yayındırıcı cavab vermişdi. Bunun üzərinə Donald Trampın Putinlə gizli əməkdaşlığının olması ilə bağlı iddialar irəli sürülməyə başladı. Ardınca isə Tramp “Washington Post” qəzetinin müxbirinin Putinin ona hörmətsizlik iddiası ilə bağlı suallarını cavablayıb:

“- Putinin Ukraynanın işğalını davam etdirməsi ABŞ prezidentinə hörmətsizlikdir.
-Kim? Kim? - Tramp təəccüblə soruşub.
- Prezident Putin sizin orada sülh əldə etməyə çalışdığınız zaman Ukraynanı işğal etməklə sizə qarşı hörmətsizlik göstərir.
- O nə edib?
- O, Ukraynanı işğal edir.
- O, mənə hörmətlə yanaşmır? Harada işləyirsiniz?
- Maykl Börnbaum, "Washington Post".
- Siz mənim etimadımı itirdiniz. Davam edək, - deyərək Tramp digər suallara keçib.
Trampın Putin və HƏMAS-la əlaqələri ilə bağlı politoloq Elxan Şahinoğlu saytımıza açıqlamasında deyib ki, ABŞ rəhbəri açıq və gizli siyasət aparır:

“Tramp bir tərəfdən sərt açıqlamalar verir, digər tərəfdən bu açıqlamalarla çıxış etdiyi ölkələrlə müəyyən aşağı səviyyəli təmasları da davam etdirir. Bura Çin, Rusiya, Ukrayna, hətta HƏMAS da daxildir. Əsas məqsəd hədəflərinə çatmaqdır. HƏMAS-la bağlı indiki tələbi Fələstində ələ keçirilən girovların azad edilməsidir. Bunun həyata keçirilə bilməsi üçün isə HƏMAS-a müəyyən vədlər vermək lazım gələ bilər. Lakin belə bir addımı atması sual altındadır. O zamanda İsraillə münasibətləri gərginləşdirə bilər, bu addımı atmaz yəqin ki. Amma HƏMAS-la təmasların olması da istisna deyil.

Rusiya ilə münasibətlər isə yüksək səviyyədədir. Trampın ətrafı da Rusiya ilə bağlı sanksiyaların yumşaldılmasının tərəfdarıdır. Putin də hiylə işlədir. Trampın iş adamı olduğunu bildiyi üçün gəlirlərini düşünəcəyinə əmindir. Buna görə də Trampa təklif edir ki, Rusiyadakı qazı, nefti birgə işlətsinlər, restoranlar şəbəkəsi fəaliyyətini bərpa etsin. Bütün bunlar Trampa cəlbedici gələ bilər. Bu halda, Rusiyaya qarşı sanksiyaların yumşalması gündəmə gələcək”.
Səfər
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












