Sabah 35 dərəcə isti olacaq

Avqustun 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












