Sabah da güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ
Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO












