Sabahdan bu avtomobillərin Bakıya girişinə qadağa qoyulacaq - VİDEO

Məlumdur ki, iyunun 1-dən etibarən rayon qeydiyyatı olan avtomobillərin paytaxta girişinə qadağa qoyulacaq.Amma nəzərə almaq lazımdır ki, paytaxtın kənd təsərrüfatı məhsullarına təminatının böyük əksəriyyəti məhz rayonların payına düşür. Bəs görəsən, bu qadağa həmin məhsulları daşıyan avtomobillərə necə tətbiq olunacaq?
Rayonlardan gələn və kənd təsərrüfatı məhsullarını daşıyan avtomobillərin paytaxta giriş zamanı çətinliklər olmayacaq. Kənd təsərrüfatı Naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən belə deyib
Aqrar məhsulları daşıyan yük maşınları axşam saat 22-00-dan səhər saat 07-00a qədər şəhərdə hərəkət edə biləcəklər. Bu isə o deməkdir ki, meyvə-tərəvəzlər bu zaman kəsiyində bazarlara aparılacaq.
Aqrar məhsullar yük maşınları ilə yanaşı müxtəlif minik maşınları vasitəsilə də daşına bilər. Şəhər giriş zamanı bu amil də nəzərə alınıb. Baş Dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, rayon qeydiyyatında olan və aqrar məhsullar gətirən minik maşınlarına da paytaxta daxil olmasına icazə veriləcək.
Paytaxta daxil olandan sonra həmin maşınlar vasitəsilə məhsulların bazarlara aparılmasına qadağa qoyula bilməz. Bir şərtlə ki, yükdaşıma qaydalarına əməl edilsin. Əgər yükdaşıma qaydalarına əməl etməyən minik maşınları aşkar edilsə, bu zaman onlar nəzərdə tutlan qaydada cərimələnəcək.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA













