Sabahdan qabiliyyət imtahanları ilə bağlı qeydiyyat başlayır

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 24 iyul - 3 avqustda qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki sabah gün ərzində aktiv olacaq.
Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
- Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
- Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.
Qabiliyyət imtahanları ləğv edilmiş XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə kolleclərə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.
"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnalda orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.
Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB
Bakıda kimlər pulsuz avtobuslardan istifadə edə biləcək? – AÇIQLAMA
Mövsüm meyvələri niyə bahalaşıb? - AÇIQLAMA
İran-Azərbaycan münasibətlərində nələr dəyişib? - POLİTOLOQ










