Sabahdan müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı başlayır

Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Təhsil Nazirliyindən bildirilib ki, sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.
20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər. Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ veriləcək. “Kurikulumun tədrisi üzrə vebinarlar”ın sonuncu buraxılışında sualların düzgün cavabları təqdim olunacaq və bununla da artıq 3 aydır ki davam edən “Kurikulumun tədrisi üzrə vebinarlar” başa çatacaq.
Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.
İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












