Sabahın havası - Qar yağacaq, yollar buz bağlayacaq

Fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.
Yollar buz bağlayacaq.
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












