Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Dünən – iyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sabirabad şəhəri, Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar - Banı Əliyevanı və qızı Hədiyyəni vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.
Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad Rayon Prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Namiq Musayev
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












