Sabirabadda ana və qızını vurub öldürən sürücü həbs edildi

İyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan sürücü tutulub.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, həmin gün saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni vurmuş, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat etmişlər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib. İstintaq zamanı hadisə yerinə baxış keçirilmiş, şahid ifadələri alınmış və müvafiq ekspertizaları təyin edilib. Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçib. Hazırda iş üzrə istintaq davam etdirilir.
Namiq Musayev
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












