Sabirabadda iki nəfər adam öldürməyə cəhdə görə tutulub

İyulun 16-da saat 23 radələrində 1982-ci il təvəllüdlü Sabirabad rayonu, Türkədi kənd sakini Fuad Məmmədovun çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, dərhal prokurorluq tərəfindən hadisə yerinə baxış keçirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışları 1981-ci il təvəllüdlü Mircavid Mövsümov və 1976-cı il təvəllüdlü Seyidəli Mövsümovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fuad Məmmədovu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Mircavid Mövsümov və Seyidəli Mövsümov şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












