Şabran polisi rayon sakinlərinə ərzaq yardımı etdilər - FOTO

Şabran RPŞ-nin əməkdaşları ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi günlərində 20-yə yaxın imkansız ailəyə ərzaq yardımı ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən yaşlı insanların, eləcə də aztəminatlı ailələrin qonağı olaraq, onlara ərzaq məhsullarından ibarət bağlamalar və tibbi ləvazimatlar təqdim ediblər. Hər bir sakin ilə səmimi söhbətlər aparan şöbə əməkdaşları, onlara COVİD19 pandemiyası ilə əlaqədar ölkə ərazisində həyata keçirilən xüsusi karantin rejimi qaydaları barədə məlumat veriblər.
Rayon sakinləri onlara göstərilən diqqətə görə minnətdar olduqlarını bildiriblər.
Namiq Musayev




Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












