Şabranda saxlanılan sərxoş sürücü polislərə müqavimət göstərib - FOTO

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.
Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.
Həmin sürücü barəsində RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətində həbs edilib.
Namiq Musayev

Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












