Şahdağ və Xınalıqda qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.
Düşən yağıntının miqdarı Yuxarı Qarabağ: 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncə: 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqaz: 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aran: 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












