Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Sentyabrın 13-də saat 9-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Şahdağda 2 750 metr hündürlüyə qar yağıb.
Düşən yağıntının miqdarı: Qəbələdə 57 (aylıq normanın 73%-i), Göyçayda 41 (aylıq normanın 108%-i), İsmayıllı 40 (aylıq normanın 51%-i), Qaxda (Sarıbaş) 39, Şəkidə 37, Şahdağda 31, Oğuzda 27, Qobustanda 25 (aylıq normanın 82%-i), Xaltanda 24 (aylıq normanın 50%-i), Kürdəmirdə 23 (aylıq normanın 69%-i) , İmişlidə 23 (aylıq normanın 116%-i), Qrızda 21 (aylıq normanın 44%-i), Zərdabda 20 (aylıq normanın 68%-i), Sabirabadda 19 (aylıq normanın 96%-i), Biləsuvarda 17 (aylıq normanın 98%-i), Ağsu və Ağdamda 16 (aylıq normanın 47%-i), Lənkəranda 14, Şamaxıda 13, Altıağac, Balakən, Naxçıvan, Yevlax, Quba, Ordubad, Tərtər, Şabran, Sədərək, Şərur, Mingəçevir, Gədəbəy, Şəmkir, Beyləqan, Cəfərxan, Neftçala, Yardımlı, Qusar, Şahbuz, Tovuz, Lerik, Ağstafa, Gəncə, Naftalan, Daşkəsən və Bərdədə 10, Bakıda 12 (aylıq normanın 70%-i), Maştağada 5, Sumqayıtda 3, Pirallahıda 2 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-də saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çaylarından sel keçib.
Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-də gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?










