"Sahibkarların banklara olan borcu müvəqqəti dondurulsun" - Deputatdan TƏKLİF

"Koronavirusa görə sahibkarlara dəymiş ziyanı azaltmaq üçün onların banklara olan borcları müvəqqəti dondurlmalıdır". Bunu sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib. O, bildirib ki, bu gün bütün ölkələr kimi Azərbaycan da koronavirusdan əziyyət çəkir: "Nazirlər Kabinetinin tövsiyəsinə əsasən toylar, yas mərasimləri qadağan olunub. Eləcə də insanlarımızı bu təhlükədən qorumaq üçün xarici vətəndaşların ölkəmizə gəlişi məhdudlaşdırılıb. Təbii ki, bu addımlar iqtisadiyyatımıza, turizmə, eləcə də sahibkarlığa öz mənfi təsirini göstərməkdədir. Bilirsiniz ki, bir çox sahibkar bankdan götürdüyü kredit vasitəsilə işlərini qurur və ya inkişaf etdirir. Bu gün koronavirusa görə həmin sahibkarların gəlirləri azaldığına görə götürdükləri krediti ödəməkdə çətinlik çəkirlər. Kredit ödənişi gecikən zaman əlavə faiz yazılır. Təbii ki, bu da sahibkarların vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Ona görə də, ölkəmizdə maliyyə amnistiyasının tədbiq edilməsini təklif edirəm. Belə ki, ölkədə koronavirusla bağlı təhlükə sovuşana qədər sahibkarların banklara olan borcu müvəqqəti dondurulsun. Biz bu addımla sahibkarlarımıza böyük dəstək olmuş olarıq. Bu gün sahibkarlığın inkişafı dövlətimizin əsas məqsədlərindən biridir. Cənab Prezident ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olub. Düşünürəm ki, bu çətin vəziyyətdə də dövlətimiz sahibkarlarımızı tək buraxmayacaq, onlara öz dəstəyini göstərəcəkdir".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












