Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib

Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının tərkibi dəyişib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında edilən dəyişiklikdə əksini tapıb.
Mərkəzi Bank və Dövlət Turizm Agentliyi hər biri 1 nəfər olmaqla, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasına üzv təyin edəcək. Ləğv edilmiş Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası Müşahidə Şurasına üzv təyin edən qurumlar siyahısından çıxarılıb.
Qeyd edək ki, Müşahidə Şurasının 5 üzvünü İqtisadiyyat Nazirliyi, 1 üzvünü Maliyyə Nazirliyi, 1 üzvünü isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edir.
Müşahidə Şurasının sədri İqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Müşahidə Şurası Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, ictimai əsaslarla fəaliyyət göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında 2018-ci il 31 iyul tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək onun əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. (APA)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










