Şahmar Mövsümov: “Yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür”

“Azərbaycanda karantin rejiminin yumşaldılması digər ölkələrin təcrübəsinə uyğun həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Təbii ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür, böyük ehtimalla da bu, baş verəcək. Odur ki, yumşalmaya addım-addım gedəcəyik. Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. 1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











