Sakinlər “Azəriqaz”a mane oldu, polis çağırıldı - FOTO

Mayın 22-də günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar. “Azəriqaz”dan verilən məlumata görə, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyi bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək. (Modern.az)


"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











