Banner

Salyanda kafe sahibi və müştəriləri cərimələnib - FOTO

Gündəm 6 Avqust 2020 18:33 Oxunub 1304
Salyanda kafe sahibi və müştəriləri cərimələnib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı  Salyan şəhəri Ələt-Astara yolunun 55-km yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib.

Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh