Salyanda narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb - FOTO

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Kürqaraqaşlı kəndi sakini Bünyad Zayıdov yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdiyi məlum olub. Polis əməkdaşları tərəfindən ekspertlərin iştirakı ilə həmin evin həyərinə baxış zamanı Bünyad Zayıdov tərəfindən əkilən 46 ədəd narkotik xassəli bitki sayılan çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











