Şamaxıda güclü külək və leysan fəsadlar törədib - VİDEO

Şamaxı rayonunda güclü küləklə müşahidə olunan leysan kənd təsərrüfatının ayrı-ayrı sahələrinə ciddi ziyan vurub. Aramsız yağan yağışlar daha sonra kəskinləşərək leysana çevrilib. Digər tərəfdən də əsən güclü külək suyun axınına təkan verib.
Hektarlarla meyvə bağları su altında qalıb. Mal-qaraya və təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin dediyinə görə, təxminən 3 hektara yaxın qoz bağı, 21 hektar badam bağı tələf olub. Eyni zamanda ərazidə salınmış süni balıq gölü də leysan nəticəsində məhv olub və bu, xeyli sayda balıq tələfatına gətirib çıxarıb.
Udlu, Yekəxana və Poladları kəndləri istiqamətində insanların gediş-gəlişi ləngiyib. Avtomobil yolları, piyada keçidi üçün salınmış kiçikhəcmli körpülər su altında qalıb.
Sakinlər mövcud vəziyyətdən çox narahatdırlar və təbii fəlakətin bu şəkildə davam edəcəyi təqdirdə kənd təsərrüfatının bir çox sahəsinin ciddi şəkildə ziyan görəcəyini bildirirlər. Aidiyyəti qurumlar məsələdən xəbərdardır və onlar da öz növbəsində dəyə biləcək ziyanın qarşısının alınmasına çalışır. (“Report”)
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












