Taksi sürücüsü Samirə Əfəndiyə HÜCUM ETDİ: "Maşınıma tüpürdü, söydü..." - FOTO

“Eurovision” təmsilçimiz Samirə Əfəndi hücuma məruz qalıb. Avtosfer.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, “Hyundai” markalı 77 DV 916 dövlət nömrə nişanlı avtomobilin sürücüsü müğənninin avtomobilinə tüpürərək, onu təhqir edib: “Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyiciləriimin 70 faizi əcnəbilərdir. Buna göz yum, buna sus olmaz. Artıq bəsdir!
“Bolt” və “Uber”, siz sürücüləri nəyə əsasən işə götürürsünüz? Sürücülük vəsiqəsi varsa, olar? Məncə, sürücülük vəsiqəsi verilmədən əvvəl bu sürücülər psixoloji testlərdən keçməlidir. Mənim kimi səbirli insanı səbirsiz, əsəb xəstəsi ediblər. Etdiyim şikayəti nə geri götürərəcəyəm, nə də boş verəcəyəm.
Bu səfər bəsdir. Pəncərəni açıb söyüş söymək, tüpürmək, siqaret, zibili çəkib pəncərədən atmaq, hara kimi? Bunlara niyə bu qədər sərbəstlik verilib?! Polislərimizdən xahiş edirəm ki, şikayətim üzrə tədbir görülsün. Bura gəlirsən bir dərd, gedirsən bir dərd. Məncə, qadınlara qarşı bu qədər hörmətsizlik bu qədər şiddət bitsin. Şokdayam”.

lent.az
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












