Saxta yolla əvvəlcə Ukrayna, sonra Azərbaycan “prava”sı düzəltdirdi

Nizami Rayon Məhkəməsində 2 saxta sürücülük vəsiqəsi düzəltdirməkdə ittiham olunan Tural Zeynalovun (şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi (sənədlərin saxtalaşdırılması) ilə ittiham olunub.
Belə ki, T. Zeynalov ötən il nəqliyyat vasitəsini idarə etmək üçün Ukrayna dövlətinin saxta sürücülük vəsiqəsini pul müqabilində alıb. Sonra həmin “vəsiqə”ni səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycanın sürücülük vəsiqəsini alıb. Təqsirləndirilən şəxs buna görə sənədləri düzəldən Elsun adlı şəxsə 750 manat pul verib.
Müttəhimin sözlərinə görə, vəsiqə ona 1 illik verilsə də, o, avtomobili olmadığı üçün saxta sürücülük vəsiqəsindən istifadə edə bilməyib.
Nəriman Mehdiyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 26 yaşlı T. Zeynalov 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası alıb.
(qafqazinfo)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












