Sayt rəhbərinin icra nümayəndəsini nə ilə ŞANTAJ etdiyi bəlli oldu - YENİLƏNİB

“Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun icra nümayəndəsi İsrafil Əliyevi şantaj etməsinin bəzi detalları bəlli olub.
Hüquq-mühafizə orqanlarından Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 1500 manat pul aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.
10:42
Azərbaycanda sayt rəhbəri saxlanılıb.
Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarından məlumat verib.
Bildirilib ki, “cenub.az” xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












