"Səbəb bu deyil" - İşdən çıxarılan xanım maşinist DANIŞDI

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, G.Həbibli işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təlimat qaydalarını pozaraq mobil telefonla danışması barədə deyilənlərə belə cavab verib:
“Səbəb bu deyil. Başqa heç nə deyə bilmərəm”.
O, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun “Günay xanıma metroda başqa iş təklif edildi, amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu” açıqlaması ilə də razılaşmayıb: “Mənə başqa heç bir iş təklif olunmayıb. İşimi hələ də sevirəm. Bundan sonra Allah nə yetirsə, o... Nə deyim?”
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











