Şəfayət Mehdiyev küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri çərçivəsində bağlı olan akademik Şəfayət Mehdiyev küçəsinin Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti tam olaraq bərpa olunub.
Avtosfer.az ASC-yə istinadən xəbər verir ki, təmir-tikinti işləri çərçivəsində küçənin 1200 metrlik hissəsinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib, ümumilikdə 22 min kvadrat metr sahədə asfaltlanma işləri aparılıb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub.
Qeyd edək ki, akademik Şəfayət Mehdiyev küçəsinin ümumi uzunluğu 1700 metr, eni ortalama 18 metrdir. Ümumilikdə küçə boyu 30 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib, 3 min paqon-metr yeni səki daşı düzülüb.
Fidan
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












