Səfər Mehdiyev ÜGT ilə yeni sənədin imzalandığını AÇIQLADI
Gündəm
20 Aprel 2021 15:59

“Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Yük Hədəfləmə Sisteminin (YHS) Azərbaycan Gömrük Xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənədi imzaladıq”. Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tvitter sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib. “YHS-nin proqram təminatından istifadə risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün olduqca əhəmiyyətlidir”, - deyə Səfər Mehdiyev əlavə edib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında 27 aprel 2020-ci il tarixində Yük Hədəfləmə Sisteminin proqram təminatının tətbiq edilməsi üzrə Müqavilə imzalanıb. YHS yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan yaratmaqla risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün hazırlanmış bir proqramdır. Bu sistem, yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır.
Oxunub : 1146
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
ŞƏRH YAZ












