Səfirlik: “Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər”

Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlikdən həmçinin o da vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlərin ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.
Daha əvvəl Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Bakı-İstanbul reysinin bərpa edilməsi ilə bağlı planlarını açıqlamışdı. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











