Səfirlik: Ermənistanın Tovuza hücum zamanı Serbiya istehsalı olan silahlardan istifadə etməsinə dair məsələ ciddi araşdırılır

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb.
Avstosfer.az xəbər verir ki, səfirlikdən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.
“Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”, - deyə məlumatda vurğulanır.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












