“Səfirliyimizə hücum öncədən təşkil olunmuş və himayə edilən bir terror aktıdır” - Deputat

Yanvarın 27-də Tehranda səfirliyimizə edilən xain hücum beynəlxalq aləmin diqqət mərkəzindədir. Beynəlxalq konvensiya və qanunlara tüpürərək belə bir cinayəti törətməklə İran bir daha öz mahiyyətini ortaya qoyub. Bu azmış kimi cinayətkarı müstəntiqlərdən əvvəl jurnalistlər tərəfindən “sorğu-sual edilməsi” də İranın yeni yanaşmasıdır. Rəsmi Tehran heç bir istintaq aparmadan hadisənin mahiyyətini dəyişmək və az qala cinayətkara haqq qazandırmaq yolunu tutub.
Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Bizim.media”ya açıqlamasında bildirib ki, İran qanunlarla, Beynəlxalq konvensiyalarla, Beynəlxalq hüquqla idarə olunmayan bir ölkədir:
“İran, əslində terrorçu dövlətdir. Baxın bu gün İranın səsi İraqdan, Suriyadan, Yəməndən gəlir. Yəni harada terror, insan qırğını varsa, İran oradadır. Təsadüfi deyil ki, İran həm də terrorçu dövlətlərlə müttəfiqlik edir. Ermənistan kimi terrorçu dövlətlə ittifaq qurması, bunun danılmaz sübutudur”.
Partiya sədri bir məsələyə də diqqət yetirib:
“Mən kriminalist deyiləm. Amma bir siyasətçi və vətəndaş kimi yayılan videoları diqqətlə izlədim. Və çıxardığım nəticə belə oldu ki, bu, əvvəlcədən düşünülmüş, təşkil olunmuş və himayə edilən bir terror aktıdır. Çox təəssüf ki, rəsmi Tehran günahlarını boynuna almaq əvəzinə istintaq altında olan cinayətkara meydan verir ki, efirə çıxıb özünün günahsızlığı və hadisənin fərdi zəmində baş verməsi barədə fikir formalaşdırsın. Bu azmış kimi İranın rəsmi dairələri də cinayətkarla eyni mövqedən çıxış edərək hadisəni ailə-məişət səviyyəsində baş verdiyini sübut etməyə çalışırlar”.
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT











