Şəhid ailələrinə və müharibə əlillərinə mənzil, avtomobil təqdim edilib - FOTO

28 May - Respublika günündə Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi olaraq bu kateqoriyadan olan vətəndaşlara 100 mənzil, habelə Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb. Mənzil və avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifələrdən biri olduğunu qeyd edib.
V.Nəsirli ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın güclü sosial siyasətə malik olduğunu vurğulayıb, Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edib. O, koronavirus epidemiyası dövründə ölkəmizdə reallaşdırılan geniş miqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb. V.Nəsirli bildirib ki, dövlət başçısının tapşırığı əsasında bu il də bütün sosial proqramlar tam icra edilməklə, bu proqramların əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaq.
Nazir müavini qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə isə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Onlardan bu gün artıq 100 mənzil təqdim edilir. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib.
Bildirilib ki, Nazirlik tərəfindən müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil verilib. Bu gün daha 50 avtomobil müharibə əlillərinə təqdim edilir. (Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda verilir.)
Bununla da Nazirlik tərəfindən müharibə əlillərinə indiyədək 6800 avtomobil verilib.
Tədbirdə şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Namiq Musayev




Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










