Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - YENİLƏNİR - FOTO - VİDEO

Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.
Avtosfer.az xəbər verir ki, vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.
10:15
Şəhid Orxan Əsgərovla vida mərasimi başlayıb.
Avtosfer.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evin həyətində keçirilir.
Vida mərasimində mərhumun yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
09:13
Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Təzəpir məscidindən Yasamaldakı evinə aparılır.
Avtosfer.az xəbər verir ki, vida mərasimi mərhumun evində keçiriləcək.
Orxan Əsgərov bu gün saat 12:00-da Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda hadisənin istintaqı aparılır.
Xatırladaq ki, ötən gün axşam şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə gətirilmişdi.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












