Şəhid polkovnikin oğlu: “4 gün qabaq atamla telefonda danışdıq” - VİDEO

“Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”
“Atamın da, mənim də istəyim hüquq mühafizə orqanlarında çalışmaq idi. 4 gün bundan qabaq atamla telefonda danışdım. Gələcəklə bağlı planlarımız barədə söhbət etdik”.
AVtosfer.az xəbər verir ki, bu sözləri AzTV-nin “Çıxışa doğru” verilişinin qonağı olarkən şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib. O, bildirib ki, atasının arzusu onu hərbçi kimi yox, daha çox hüquq-mühafizə orqanlarında əməkdaş kimi görmək olub: “Mənim özüm də bunu istəyirdim. Mən hərbçi ailəsində böyümüşəm. Atamdan nümunə götürərək hüquq-mühafizə orqanlarında olmaq, bu sahədə çalışmaq arzusunda olmuşam. Mən ilk növbədə atamın arzusunu yerinə yetirəcəyəm”.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovniki İlqar Mirzəyev iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid polkovnik iyulun 15-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA










